Şəkidə kütləvi dava!

19 2019 14:08

Şəki rayonunda xəsarətlə nəticələnən kütləvi dava olub. Yanvarın 18-i axşam saatlarında rayonun Qoxmuq kənd sakinləri 45 yaşlı Vüqar Umar oğlu Qədirov və 30 yaşlı Vüsal Hündür oğlu Həşimov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olublar. Xəstəxanadan verilən məlumata əsasən, müayinə zamanı Vüqar Qədirov və Vüsal Həşimov yaşadıqları kəndin ərazisində bir neçə şəxslə əlbəyaxa dava etdiklərini, dava zamanı xəsarət aldıqlarını bildiriblər. Hər iki şəxsə bədənin müxtəlif nahiyələrində yumşaq toxumaların əziyi diaqnozu qoyulub. Onlar xəsarətləri yüngül olduğu üçün ambulator müalicə almaq şərti ilə evə buraxılıblar. Faktla bağlı araşdırma aparılır.