Qar avtomobil yollarını da cənginə alıb...

18 2019 17:55

Dünəndən etibarən ölkə ərazisinə yağan qar hələ də bəzi bölgələrimizdə yağmaqda davam edir. Qar avtomobil yollarını da cənginə alıb. Səhər saatlarından etibarən 13 saylı Qax rayon Yol İstismarı idarəsi gücləndirilmiş iş rejiminə keçib. Xüsusi ilə də dağlıq kənd yolları qar və buzdan təmizlənib. Qax-İlisu-Sarıbaş, Qax-Qaşqaçay-Armudlu yollarında avtomobillərin daha intensiv hərəkət etdiyi nəzərə alınaraq texnikalar vasitəsilə yolun hərəkət hissəsi qardan təmizlənib.