Şaxtalı hava hərəkəti çətinləşdirdi...

18 2019 16:52

Havaların şaxtalı keçməsi yollarda da hərəkəti çətinləşdirib. Ölkənin əsas magistrallarından olan Bakı-Şamaxı-Yevlax magistralından istifadə edən sürücülərə sürəti düzgün seçmək və diqqətli olmaları tövsiyyə edilir. Bakı-Şamaxı-Yevlax magistralında qar və şaxtalı hava gediş-gəlişdə çətinliklər yaradıb. Xüsusilə gecə saatlarında yolların buz bağlaması və dumanlı hava şəraiti sürücülərə çətin anlar yaşadıb. 7 nömrəli yol istismarı idarəsi gücləndirilmiş iş rejiminə keçib. İdarənin 20-dən çox canlı qüvvəsi və texnikaları əraziyə cəlb edilib. Yollarda təmizlənmə işi aparılır, qum-duz qarışığı səpilir. Xüsusilə də ən təhlükəli nöqtələrdə 3-5 metr ara masafəsi qoyulmaqla çınqıl ehtiyatı saxlanılır. Qobustan-Xilmilli, eləcə də Şamaxı-Pirqulu-Dəmirçi avtomobil yolularında yağan qar nəticəsində çətinlik yaranıb. Artıq hər iki istiqamətdə hərəkət bərpa olunub. Hazırda yollarda vəziyyət normal olsa da axşam saatlarında şaxta düşəcəyi ehtimalını nəzərə alaraq sürücülərə bu saatlarda mümkün qədər magistraldan istifadə etməmələri məsləhət görülür.