Mübariz Əhmədzadə bu dəfə Göyəm və Sumayıllı kənd sakinlərinin müraciətlərini dinləyib...

18 2019 16:22

Zaqatala Rayonunun İcra hakimiyyətinin Başçısı Mübariz Əhmədzadə bu dəfə Göyəm və Sumayıllı kənd sakinlərinin müraciətlərini dinləyib. Əvvəlcə sakinlərə ölkəmizdə, eləcə də rayonda dinamik inkişaf naminə görülən işlər barədə məlumat verilib. Bildirilib ki, tütünçülükdən 20 milyon manat gəlir əldə edilib. İstehsal edilən baramanın həcmi 48,2 tona çatdırılıb. Rayonda 200 hektarda salınan yeni gül plantasiyasından isə 600-700 min manata yaxın gəlir əldə edilib. Həmçinin vurğulanb ki, 4 kənddən ibarət Göyəm inzibati Ərazi nümayəndəliyində sakinlərin əsas məşğulluğu əkinçilik, maldarlıq və fındıqçılıqdır. Nümayəndəlik ərazisində son illər yeni məktəb binaları inşa edilib, yol infrastrukturu yaxşılaşdırılıb, yeni artezian quyusu qazılaraq istifadəyə verilib, uşaq baxçası, klub və mədəniyyət evi təmir edilib. Bununla belə, kənddə içməli su təminatı, elektrik dirəklərinin yenilənməsi, sel sularından mühafizə sahəsində görüləcək işlər var. Sakinlərin təkliflərini diqqətlə dinləyən rayon rəhbərliyi, həlli üçün aidiyyati idarələrə tapşırıqlar verib.