IV əsrlik abidə təhlükə ilə üz-üzə...

17 2019 13:36
Şamaxının Kələxana kəndində 17-ci əsrə aid olduğu bildirilən türbələr kompleksi məhv olmaq təhlükəsi ilə üzləşib. Ekspertlər hesab edir ki, bərpa olunacağı təqdirdə qədim abidə turistlərin əraziyə cəlb edilməsində əhəmiyyətli rol oynaya bilər.
Zaman keçdikcə deformasiyaya uğrayaraq yararsız hala düşən abidələrdən bir də Şamaxı rayon Kələxana kəndində yerləşir. Abidə 17-ci əsrdə memar Sərkar Əbdüləzim oğlu tərəfindən inşa edilib. Bəzi mənbələrdə bura Türbələr kompleksi kimi adlansa da, abidənin tikiliş üslubu, burda olan buzxana və həmin buzxanaya suyun gətirilməsi prosesi, buranın türbə yox, Karvansara kompleksi olduğuna bir sübut kimi göstərilir. Şamaxının təbii coğrafi şəraiti də, ərazidə olan abidələr üçün təhlükə yaradır. Sürüşmə və zəlzələlər bu kimi abidələrin dağılmasına səbəb olub. Tarixçilər hesab edir ki, ərazidə arxeoloji qazıntıların aparılmasına ehtiyac var. Həmçinin bu bölgənin turizm marşrutuna salınması , gələn turistlərin sayının artması ilə nəticələnə bilər. Hal-hazırda 9 türbədən cəmi 7-si dövrümüzə qədər gəlib çıxa bilib. Həmin türbələr dövlət tərəfindən mühafizə olunan abidələr siyahısındadır. Qeyd edək ki, Şamaxıda 79 tarixi və mədəniyyət abidəsi var və onların hamısı dövlət tərəfindən qorunur.