İsmayıllı şəhər İƏD üzrə nümayəndəlik hesabat verdi...

15 2019 14:41

İsmayıllı şəhər İnzibati Ərazi Dairəsi üzrə icra nümayəndəliyi 2018-ci ildə gördüyü işlərə dair hesabat verib. İdarə, təşkilat rəhbərlərinin və şəhər sakinlərinin qatıldığı yığıncaqda icra nümayəndəsi Məhərrəm Əhmədov quruculuq və abadlıq sahəsində, habelə sosial problemlərin həlli istiqamətində görülən işlərdən danışıb. Nümayəndəliyin maliyyə, sosial, iqtisadi, humanitar fəaliyyəti, təhsil uğurları və digər sahələr təhlil olunub. Çıxış edən şəhər sakinləri bir sıra təklif və müraciətlərini səsləndirib. Hesabat yığıncağında iştirak edən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov şəhər sakinlərinin qayğıları və problemlərin həlli ilə əlaqədar göstərişlər verib. 2019-cu il və sonrakı illər üçün nəzərdə tutulan layihələrdən, şəhərin yeni baş planının hazırlanması üçün görülən işlərdən danışıb. Dövlət başçısının tövsiyə və tapşırıqlarına uyğun olaraq, qarşıda duran vəzifələr təhlil olunub.