"Qaçırmışam, yaxşı etmişəm" - Avtomobil oğrusu yaxalandı...

15 2019 13:11

Şamaxıda avtomobil oğurluğu olub. Evinin qarşısında avtomobilini saxlayan Şamaxı sakini geri dönərkən maşının yoxa çıxdığını görüb.. Şamaxı rayon sakini Yafəs Əliyev DİN-in 102 Zəng Mərkəzinə zəng vuraraq yaşadığı evin qarşısından ona məxsus VAZ-2106 markalı minik avtomobilinin oğurlandığını bildirib. RPŞ əməkdaşlarının apardığı axtarış tədbirləri əsasında avtomobilin Bakı şəhərində olduğu müəyyən edilib. Polisin isti izlərlə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən, əvvəllər 2 dəfə məhkum olunmuş Şamaxı rayon sakini Hüseyn Məmmədşuri saxlanılıb. Dindirilmə zamanı o törətdiyi əməli etiraf edib. Avtomobil sahibinə təhvil verilib. Faktla bağlı cinayət işi açlıb Şamaxı RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.