İsmayıllıda 6 ayaqlı quzu dünyaya gəlib...

14 2019 16:09

Maraqlı hadisə İsmayıllı Rayonunun Tircan kəndində baş verib. Bir ana qoyun iki əkiz bala dünyaya gətirib. Bir bala digər baladan fərqli olaraq altı ayaqlı dünyaya gəlib. Fermer ilk dəfədir ki, bu cür faktla rastlaşdığını deyir. Baytar həkimlərsə quzunun ayaqlarının amputasiya olunacağı təqdirdə digər quzular kimi yaşamını normal davam etdirə biləcəyini deyir.