Dilənçi, falçı qiyafəsində oğrular - Diqqətli olun!

14 2019 12:43
Şəkinin Zunut kəndinə səfərə gələn Yevlaxlı dilənçilər ev sahibinin mənzilində olmamasından istifadə edərək, evdə olan pulu və zinət əşyalarını götürüb aradan çıxmaq istəyiblər ancaq elə çıxışdaca ev yiyələri tərəfindən yaxalanıblar. Bu isə baş verən bu cür hallara sadəcə bir nümunədir. Son illərdə həm Bakıda həmdə regionlarda bu cür oğurluq hadisələrinin sayının artması da probleminin miqyasının geniş olduğunu göstərir. Bu cür dırnaq arası “avara”lara qarşı polis tərəfindən mütəmmadi olaraq mübarizə tədbirləri aparılsa da, əsas mübarizə insanların özündən başlayır.Bir sözlə, mütəxəssislər hər qapını döyən adama qapı açmamağı məsləhət görür. İnandığınız bu cür adamlar etibarınızdan sui-istifadə edərək sizə kələk gələ bilərlər. Sonrakı peşmançılıqsa fayda verməz...