65 yaşlı kişi 30-dan çox yaşı olan avtomobilini dəyişərək, görücüyə çıxardı...

12 2019 16:06

65 yaşlı Ağcabədi sakini dəyişiklik etdiyi avtomobili ilə rayonlara tura çıxıb. Məqsədi isə etdiyi dəyişikliklərlə hamını tanış etmək və rayonlarla yaxından tanış olmaqdır.. Ağcabədili Nağı İsmayılov 30 il əvvəl aldığı ZAZ-968 markalı avtomobilində xeyli dəyişiklik edib... Öz avtomobilinin mühərrikini Nivanın mühərrik və sürət qutusu ilə əvəz edən Nağı İsmayılov avtomobilin surətini iki dıəfə artırmağa nail olub. Bundan başqa maşının digər avadanlıqlarını da dəyişib. Zaporojisi ilə rayonları dolaşan Nağı İsmayılovun ilk səfəri Cocuq Mərcanlıya olub. İsmayıllıya qədər gələn Ağcabədi sakini indiyədək 11 rayon gəzib. Avtomobilə maraq göstərənlər hətta onunla şəkil çəkdiriblər. 30 ildən çox yaşı olan Zaporojini almaq üçün qiymət təklif edənlər olsa da Nağı dayı onu satmaq haqda düşünmədiyini deyir.