İsmayıllıda meşəbəyilərə hücum edilib...

11 2019 16:24

Hadisə rayonun Qalınçaq kəndi ərazisindəki meşədə qeydə alınıb. Rayonun Qalacıq kənd sakinləri Etibar Cələdov və oğlu Tehran Cələdov meşədə qeyri-qanuni olaraq ağac kəsərkən həmin əraziyə nəzarət edən meşəbəyilər Rais Cəbiyev və Əkrəm Babayevə yaxalanıblar. Meşəbəyilər ağac kəsilməsinə qarşı çıxdıqları halda sakinlər əməllərini törətməkdə davam ediblər. Nəticədə yaranan mübahisə zamanı Tehran Cədəlov Rais Cəbiyevə balta ilə hücum edib və onu yaralayıb. Daha sonra isə ərazidən uzaqlaşıblar. Yaralı əməkdaşının köməyi ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatırılıb. Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.