İcra başçısı Kəpənəkçidə əhalinin problemlərini dinlədi...

11 2019 15:12

Zaqatala rayon İcra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə növbəti səyyar qəbul çərçivəsində rayonun ucqar və qonşu Gürcüstanla sərhəd yaşayış məskənlərindən olan Kəpənəkçi kəndində sakinlərin problemləri ilə maraqlanıb. Bildirilib ki, Kəpənəkçidə əhalinin əsas məşğulluğunu fındıqçılıq,əkinçilik,maldarlıq və baramaçılıq kimi sahələr təşkil edir. Kənddə son illər yol infrastrukturunun yaxşılaşdırılması, içməli su və elektrik enerjisi ilə təminat, eləcədə sel sularından mühafizə məqsədi ilə xeyli işlər görülüb. Çıxışlar zamanı həmçinin kənddə öz həllini gözləyən problemlərə də toxunulub. Məhəllədaxili yolların təmiri, yeni salınan küçələrdə artezyan quyularının qazılması və kəndə qaz xəttinin çəkilməsi belə problemlərdəndir. Sakinlərin fikir və təkliflərini dinləyən rayon rəhbəri, həlli istiqamətində aidiyyati qurumlara müvafiq tapşırıqlarını verib.