Suyun küçələrə axıdılması qəzaya səbəb oldu...

11 2019 15:07

Şəkidə sakinlərin küçəyə buraxdıqları suyun donması qəzanın baş verməsinə səbəb olub. Belə ki, Şəki sakini İsmayılov Elman, idarə etdiyi 55-BN-258 dövlət nömrə nişanlı avtomobillə M.F.Axundov prospektində hərəkətdə olarkən yolun buz olması səbəbilə idarəetməni itirib. Nəticədə avtomobil sürüşərək qarşıdan gələn Elbrus Abdurrahmanovun idarə etdiyi Mersedes markalı avtomobillə toqquşub. Xoşbəxtlikdən qəza zamanı xəsarət alan olmayıb. Ancaq hər iki avtomobilə ziyan dəyib. Şəhər sakinlərin gecələr suyu küçəyə buraxması nəticəsində yaranan vəziyyətə şəhərin bir çox ərazilərində rast gəlmək olar. Nəticədə buzlu yollarda avtomobili idarə etmək çətinləşir. Qar və yağışın olmadığı bir vaxtda yolun təmizliyinə arxayın olan sürücü , onu qarşıda hansı təhlükənin gözlədiyini bilmir. Şəki Su-Kanal TSC- də əhalini suya qənaət etməyə və bu cür təhlükənin yaşanmaması üçün məsuliyyətli olmağa çağırır.