Karateçilərimiz 2019-cu il mövsümünə hazırlıqlara başlayıb...

10 2019 16:35

Bu məqsədlə Qəbələdə böyüklərdən ibarət milli komandanın təlim-məşqləri keçirilir. Baş məşqçi Bahəddin Kandaz, böyük məşqçilər Şahin Xudaverdiyev, Qurban Tağıyev və Vahid Ayvazovun rəhbərliyi ilə hazırlıqlara milli komandanın əsas və əvəzedici heyəti qatılıb. Mövsümün ilk təlim-məşqləri yanvarın 21-də başa çatacaq. Karateçilərimiz ayın 23-də Fransaya, Karate1 Premyer Liqasına yola düşəcəklər. İlboyu milli komandamızı Paris, Dubay, Rabat, Şanxay, Tokio, Moskva və Madriddə Premyer Liqa yarışları, Zalsburq, İstanbul, Monreal və Santyaqoda A seriyası turnirləri, həmçinin martın sonunda İspaniyanın Quadalaxara şəhərində 54-cü Avropa çempionatı gözləyir. Karate1 seriyasından olan Premyer Liqa və A seriyası turnirləri daxil olmaqla, bu rəsmi yarışlar idmançılara dünya reytinqindən əlavə Tokio Yay Olimpiya Oyunlarına lisenziya verən reytinq xalları qazandırır.