Şəki DYP bölməsi maarifləndirici tədbirləri davam etdirir...

10 2019 16:11

Şəki DYP bölməsi 2019-cu ildə də ümumtəhsil müəsissələrində maarifləndirici tədbirləri davam etdirir. İlin ilk tədbiri Şəki – Oğuz magistralında yerləşən 21 nömrəli tam orta məktəbdə baş tutub. Görüşdə məktəbin müəllim və şagird heyətindən əlavə, valideynlər də iştirak edib. Bildirilib ki, 21 nömrəli tam orta məktəb, hərəkətin intensivliyinin yüksək olduğu ərazidə yerləşir. Burada şagirdlər məktəbdən birbaşa magistral yola çıxır. Ona görə də yol hərəkəti qaydalarına daha ciddi əməl olunmalıdır. Şagirdlərə əməl etməli olduqları zəruri yol hərəkəti qaydaları bir daha xatırlanıb. Məktəblilər də onları maraqlandıran sualları DYP bölməsinin əməkdaşına ünvanlayıblar. Görüş diskussiya şəraitində davam edib.