"Donuz qripi" təhlükəsinə qarşı hansı tədbirlər görülür?

09 2019 15:55

Gürcüstanda H1N1 virusundan ölənlərin sayı durmadan artır. Ölkədə qriplə bağlı vəziyyət tam nəzarətə götürülüb. Gürcüstanda hər 100 min sakinə, 256 qripə yoluxmuş şəxs düşür. Sərhədin o tayında vəziyyətin gərginləşməsi, ölkəmiz üçün də təhlükə yaradır. Hələlik ölkəmizdə "donuz qripi"nə yoluxma halları qeydə alınmasa da, yoluxma riski yüksək sayılır. Bu səbəbdən də Səhiyyə Nazirliyi, Gömrük kömitəsi müxtəlif profilaktiki tədbirlər görməkdədir. Xüsusi tədbirlərə Baytarlıq xidməti də qoşulub. Gürcüstanda yayılan H1N1-“donuz qripi” virusunun Azərbaycana keçmə ehtimalı adidiyyatı qurumları hərəkətə keçirib. Dövlət Gömrük Komitəsi sərhəd buraxılış məntəqələrində nəzarəti daha da gücləndirib. Məntəqələrdə ölkəyə daxil olan avtomobillər xüsusi kimyəvi maddələrlə dezinfeksiya edilir. Bundan başqa, komitənin məlumatına görə hava limanında, vağzallarda, sərhəd keçid məntəqələrində məsafədən insan bədəninin hərarətini ölçən termal kameralar mövcuddur. Bu günədək donuz qripi aşkar edilməyib. Hər hansı bir şəxsdə xəstəliyə yoluxma halı baş verərsə... Mərkəzi Xəstəxanalarda xüsusi otaqlar yaradılıb. Səhiyyə Nazirliyi tərəfindən tibb müəsisələri bütün lazımı dərman peraparatları və avadanlıqlarla təmin edilib. Donuz qripi iti infeksion xəstəliklər qrupuna daxildir və heyvandan insana həm də əksinə keçə bilir. Azərbaycanda donuzlar arasında belə bir xəstəlik qeydə alınmayıb. Buna baxmayaraq heyvanlar qapalı şəraitdə saxlanılır. Əsasən Qax, Qəbələ və İsmayıllıda saxlanılan donuz təsərrüfatları ciddi nəzarətə götürülüb. Hazırda bütün donuz təssərüfatlarında dezinfeksiya işləri və donuzlarda peyvəndlənmə işləri aparılır. Təssərüfat sahibləri də bu sahəyə ciddi nəzarət edirlər. Bazarlarda satılan donuz ətinə isə Qida Təhlükəsizliyi Agentliyi nəzarət edir.