Sahələrdə gəmiricilərə qarşı mübarizə tədbirləri aparılır...

08 2019 16:36

İsmayıllıda taxıl səpini yekunlaşsa da fermerlərin işi yekunlaşmayıb. Rayonunun taxıl sahələrində zərərvericilərə qarşı mübarizə tədbirləri aparılır. İsmayıllı rayonunda 28 521 hektarda payızlıq taxıl səpilib. Səpin aparılan ərazilərdə normal bitiş alınıb. 14 500 hektarda xəstəlik və zərərvericilərin yayılmasını müəyyən etmək üçün müşahidə işləri aparılıb və 10 300 hektarda gəmiricilərin sirayətlənməsi qeydə alınıb. Mübarizə tədbirləri mütəxəsislərin nəzarəti ilə, təhlükəsizlik tədbirlərinə əməl etməklə aldadıcı yemlər hazırlanaraq sahələrə aparılır. Aparılan mübarizə işlərinin səmərəliliyi 90% olub. Bununla yanaşı, rayon bitki-mühafizə idarəsinin rəsmiləri fermerlərlə maarifləndirmə işi də aparır. Onlara lazımı tövsiyələr və təlimatlar verilir. Görülən işlərin nəticəsi olaraq, bu il məhsuldarlıığın çox olacağı gözlənilir.