“Arıçılığın inkişafının stimullaşdırılması haqqında”

08 2019 16:06

“Arıçılığın inkişafının stimullaşdırılması haqqında” Sərəncamın icrası olaraq, Şəki rayonu üzrə 303 arıçının təsərrüfatındakı 12 min 133 arı ailəsi qeydiyyata alınıb və identifikasiya kodu ilə təmin edilib. Həmin arıçılara subsidiyanın verilməsi barədə qərar qəbul edilib. Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin məlumatına görə, artıq subsidiyanın ödənilməsi prosesinə başlanılıb. Arıçılıq məhsulları istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə 10 manat hesabı ilə 121 min 330 manat subsidiya veriləcək.