Pirquluda qış turizmi...

07 2019 14:48

Qış aylarında turist axını müşahidə olunan bölgələrdən biri də Şamaxı rayonudur. Qarın yağmaması səbəbindən durğunluq müşahidə olunsa da artıq yeni ildən turizmlə məşğul olanların üzü gülür... Qış aylarında adətən Şamaxının Pirqulu bölgəsinə turist axını müşahidə olunur. Bu il havaların mülayim keçməsi turistlərin sayına ciddi təsir etsə də son günlər qarın yağması ilə Şamaxıya üz tutanların sayı artmağa başlayıb. Qəsəbənin iqlimi bitki örtüyü, heyvanat aləmi və ən əsası tarixi abidələr qonaqların bura cəlb olunmasında başlıca rol oynayır. Yerli turistlərlə yanaşı, xarici ölkələrdən gələn turistlər də az deyil. Əsasən Ərəb ölkələri , qonşu Rusiya o cümlədən Avropanın bir sıra ölkələrindən rayona gələnlər var. Rayon ərazisində faliyyət göstərən 5 ulduzlu otellər qış mövsümündə rayona gələn turistlər üçün fərqli əyləncələr təqdim edir. Qiymətlər isə 40 -120 manat arasında dəyişir. Son bir ildə rayona 119 min yerli və xarici turist gəlib. Bu da ötən ilin hazırkı dövrü ilə müqayisədə 10-15 % artım deməkdir. Bu rəqəmin qış aylarında daha da artacağı gözlənilir. Qeyd edək ki, bölgədə 1022 yerlik 18 istirahət mərkəzi və 3 beşulduzlu otel fəaliyyət göstərir.