Qax gəncləri Yeni ilin ilk günlərini fərqli qarşılayıb...

05 2019 17:44

Yeni ilin ilk günlərini maraqlı adətlər, inanclar həyata keçirmək ənənə halını alıb. Elə bir qrup Qaxlı gənc də fərqlilik yaradaraq hər kəsin marağına səbəb olublar.... Traktorların kənd ərazisində hərəkəti... Qaxın ucqar Ləkit kəndinin sakinləri öz traktorları ilə kənd ərazisində dövrə vurublar. Gənclər bu çıxışları ilə 2019-cu ilin gəlişini daha yaddaqalan etmək istəyiblər. Şarlar və zərlərlə bəzədilmiş traktorlar kənd meydanında sıraya düzülüb, daha sonra kəndin bütün küçələrini dolaşaraq kənd mərkəzinə geri dönüblər. Burada dövrə vuran traktorlar sakinlərin alqışları ilə çıxışlarını yekunlaşdırıblar. Kənd təsərrüfatında əsas texnika sayılan traktorlarla sonsuzluq, tükənməzlik simvolu olan dairə cızmaqla gənclər ilin bol ruzili olmasını arzulayıblar.