61 illik retro maşın...

05 2019 16:20

61 illik bu avtomobilin hər şeyi əl ilə idarə olunur. Görənlərin diqqətini çəkən bu qeyri- adi retro maşın Zaqatala sakini Azər İmamova məxsusdur. Azərin retro maşınlara olan marağı və əzmi nəticəsində bu maşın saz vəziyyətə gətirilib. Babasından yadigar qalan dəmir parçasından ibarət bu maşın tam 3 ilə yığılıb. Maşının özünə xas olan detallarını tək-tək yığan Azər başqa avtomobillərin detalından istifadə etməyib. Ən xırda detalına qədər orginallığı qorumaq üçün Rusiya, Gürcüstan və başqa ölkələrdən maşına lazım olan detallar əldə edilib. Ən maraqlısı odur ki 1957 -ci ildə rusiyada istehsal olunan smz -3a markalı avtomobil ancaq əllə idarə olunur. Maşını idarə etmək üçün lazım olan bütün detallar sükanın ətrafında quraşdırılıb. Maşını görən hər kəs maraqla baxır və foto şəkil çəkdirir. `Sahibinin dediyinə görə, avtomobili almaq üçün 15-16 min Azn təklif edənlər olub. Ancaq o, satmaq istəməyib.