Şəki qızları futbolda "at oynadırlar"

05 2019 15:58

Geridə qalan 2018-ci il Şəkinin futbolçu qızları üçün uğurlu il olaraq yadda qalıb. Region liqasında çıxış edən oğlanlardan fərqli olaraq U-16 qızlar liqasında iştirak edən Şəkinin “Gənclik” komandası birinci dövrəni 2-ci pillədə başa vurub. Qızlar son turda Ağcəbədinin “ARAN” klubunu 5-0 hesabı ilə darmadağın etməyi bacarıb. Birinci dövrədə 28 xal toplayan “Gənclik” liderdən cəmi 5 xal geri qalır. Klub 2-ci dövrədəki ilk oyununu yanvarın 16-sı doğma meydanda Bakının “Keşlə” klubuna qarşı keçirəcək. Bombardirlər yarışında da Şəki qızları öndədir. Beləki , klubun hücumçusu Nahidə Məmmədova 1-ci dövrədə rəqib qapılarından nə az nə çox 34 top keçirib. Bu siyahıda Milli komandanın da əsas üzvülərindən olan Nahidəyə çatmaq isə real görünmür. “Gənclik” klubunu 2-ci dövrəyə hazırlıqlarını da davam etdirir. Komandanın əsas məqsədi isə ölkə çempionu olmaqdır.