Gənclərə ustad dərsləri keçirildi...

05 2019 15:27

“Gənclərin özünəməşğulluğu üçün Sosial Sahibkarlıq” layihəsi çərçivəsində Göyçay, Ağdaş, Qəbələ şəhərlərində ustad dərsləri keçirilib. Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Gənclərin özünəməşğulluğu üçün Sosial Sahibkarlıq” adlı layihə çərçivəsində təcrübəli təlimçilər tərəfindən Göyçay, Ağdaş, Qəbələ şəhərlərindən seçilmiş gənclərə Sosial sahibkarlıq, Özünəməşğulluq, Biznes idarəçiliyi, Marketinq, Maliyyə savadı, Gənclər fondunun gənclər üçün imkanları və Aqroturizm mövzularında dərslər keçirilib. Təlimlər interaktiv və təcrübəyə əsaslanan əyani vəsaitlərin təqdimatı ilə təşkil edilib. Təlimdə çıxış edənlər Fondun gənclər üçün yaratdığı imkanlarından danışılıb. Xüsusilə də regionlarda yaşayan gənclərin hərtərəfli inkişafının, bilik, bacarıqlarının artırılmasının daim diqqətdə olduğu vurğulanıb. Təlimlərdə Sosial sahibkarlıq sahəsində Avropa təcrübəsi və dünyada tanınmış sahibkarların maraqlı sosial layihələri haqqında təqdimatlar edilib. Xatırladaq ki, layihənin həyata keçrilməsinidə əsas məqsəd Göyçay, Ağdaş, Qəbələ şəhərlərindən seçilmiş 45 nəfər gəncin sosial və yaşıl sahibkar kimi formalaşıb özünü məşğulluq imkanlarıın genişlənməsinə dəstək olmaq, həmin gənclərin bilik və bacarıqlarını artırmaqdır.