"Mingəçevir Gənclərinin Natiqlik Forumu" layihəsinin təqdimat mərasimi keçirilib...

05 2019 12:45

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəsi, Mingəçevir Gənclər və İdman İdarəsinin, Mingəçevir Şəhər Təhsil Şöbəsi və Mingəçevir Gənclər Evinin, "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin, Milli Debat Proqramının, Mingəçevir Regional Debat Mərkəzinin və "Gələcək Gənclərlə Gələcək" Gənclər İctimai Birliyinin tərəfdaşlığı ilə həyata keçirilən tədbirdə tərəfdaş təşkilatların nümayəndələri, təlim keçiriləcək orta məktəblərin məsul şəxsləri və KİV nümayəndələri iştirak ediblər. Qeyd edilib ki, layihənin davamlılığının təmin edilməsi məqsədi ilə bu layihəni uğurla başa vuran, xüsusi fəallığı ilə seçilən şagirdlər müəyyən olunaraq onlarla mütamadi təlimlər keçirilərək. Ümumilikdə 100-dən çox şagirdin iştirakı planlaşdırılan layihənin “ Mükafatlandırma və Bağlanış” mərasiminin 2019-cu il mart ayının ilk 10 günlüyündə keçiriləcəyi nəzərdə tutulub.