Şəkidə qış turizmi niyə inkişaf etmir?

04 2019 17:12

Qeyri-neft sektorunun inkişafı baxımından ölkədə turizmin irəliləməsi geniş vüsət alsa da bu daha çox yayda özünü biruzə verir. Yetəri qədər potensialın olması onu deməyə əsas verir ki, qış turizmini də inkişaf etdirsək gəlirlərimizi birə-on qat artıra bilərik. Məsələn Şəkiyə gələn turistlərin sayı ildən ilə artır. Ancaq təəssüflər olsun ki, bu vəziyyət qış mövsümündə tamamilə dəyişir. Yay aylarında addımbaşı turistə rast gəlmək mümkündürsə qışda bunun tam əksi yaşanır. Buna səbəb isə Şəkidə qış turizminin yetərincə inkişaf etməməsidir. Mövcud potensialı olmasına baxmayaraq qış turizminin inkişafı baxımından addım atılmaması Şəkini turizm marşrutunun kənarında qoyur. Ekspertlər Şəkidə yerli iqlimin potensialından heç 20-30 faiz belə istifadə olunmadığını bildirirlər. Digər tərəfdən, kənd turizmi də qışda prioritet sayılır. Mütəxəssislər artıq bu sahənin əsasını qoymaq üçün müəyyən addımların atılmasının vacibliyinə diqqət çəkir.