Şəki idmançılarının növbəti uğuru...

04 2019 15:51

Şəki idmançıları növbəti beynəlxalq turnirdən uğurlu nəticələrlə qayıdıblar. Bərdə rayonunda keçirilən çoxmübarizəli döyüş növləri üzrə turnirə qatılan 15 idmançıdan 7-si mükafatçılar siyahısına düşməyi bacarıb. Onlardan 2 idmançı isə çempionatın qızıl kəmərinə layiq görülüb. Qeyd edək ki, 2018-ci il Şəki idmançıları üçün uğurlu il olub. İl ərzində qatıldıqları bütün yarışlarda yaxşı nəticə əldə edən idmançılar mart ayında keçiriləcək beynəlxalq turnirə hazırlıqlarını da davam etdirirlər.