Şamaxının dağlıq ərazilərə 20-25 sm qar yağıb...

29 Dekabr 2018 18:17

Azərbaycanda qeyri-sabit hava şəraiti davam edir. Şamaxının rayon mərkəzinə 10, dağlıq ərazilərə isə 20-25 sm qar yağıb. Bu qara sevinənlər isə həmişəki kimi uşaqlar olub. Ən çox qar rayonun Qızmeydan, Talışnuru, Ərçiman, Pirbəhli, Sis və Dəmirçi kəndlərinə düşüb. Kənd sakinlərinin sözlərinə görə, günlərdir gözlənilən qarın yağması əkin sahələrinə müsbət təsir edəcək. Yağan qar məhsuldarlıqla yanaşı, taxıl sahələrində yuva quran zərərvercilərin kütləvi qırılmasına da səbəb olacaq. Qar avtomobil yollarına da təsirsiz ötüşməyib. Belə ki, ehtiyatsız yola çıxan sürücülər qarlı yolda hərkətini davam etdirə bilmədiyindən geri qaytımaq məcburiyyətində qalıb. Səhər saatlarından etibarən Şamaxı-Pirqulu avtomobil yolunda qardan təmizlənmə işlərinə start verilib. Yola qum-duz qarşığı tökülüb. Gecə saatlarına doğru şaxta düşməsi ehtimalını nəzərə alaraq sürücülərə bu yoldan istifadə edərkən ehtiyatlı olmaları məsləhət görülür.