Şamaxıda bayram münasibətilə tədbir keçirilib...

29 Dekabr 2018 15:58

Şamaxıda Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib. Tədbirdən əvvəl qonaqlar və digər iştirakçılar mərkəzin şagirdlərinin əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olublar. Rayon İcra Hakimiyyəti başçısı Tahir Məmmədov Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən Dünya Azərbaycanlılarının Həmrəylik gününün tarixindən danışıb. Tədbir İncəsənət Təhsili Mərkəzinin Xalq çalğı alətləri orkestrinin ifası, incəsənət ustalarının ifa etdikləri musiqi nömrələri və balacaların rəqsləri ilə davam edib.