İsmayıllıda bayramlar qeyd olundu...

29 Dekabr 2018 13:53

İsmayıllı rayonunda 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təntənəli bayram tədbiri keçirilib. Dünya Azərbaycanlılarının Həmrəylik Günü barədə danışan icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov vurğulayıb ki, bu məfkurənin formalaşması və onun vahid dövlət siyasətinə çevrilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Tədbirdə müstəqil Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıdakı illərdə daha böyük uğurlara imza atacağına əminlik ifadə olunub. Tədbirin sonunda rayonun fəal gəncləri, müxtəlif sahələrdə uğur qazanmış idmançılar və müəllimlər qiymətli hədiyyələrlə və fəxri Fərmanlarla təltif ediliblər. Tədbir rayon mədəniyət evinin hazırladığı konsert praqramı ilə davam edib.