Zaqatalada bayram yarmarkaları start götürdü...

28 Dekabr 2018 17:21

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı ərəfəsində Zaqatalada Kənd təsərrüfatı məhsullarının yarmarkası təşkil edilib. Bayram ərəfəsində təşkil edilən yarmarkaya ümumilikdə 8 tona yaxın meyvə tərəvəz, 3 ton ət, 600 kq quş əti çıxarılıb. Bazar qiymətlərindən ucuz olan yarmarkada ətin bir kiloqramı 8-9 manata, quş əti 6-10 manata, Hind toyuğu 25-30 manata təklif edilir. Rayon İcra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə də yarmarkada iştirak edərək, qiymətlərlə yerindəcə maraqlanıb. Yarmarkada satışa çıxarılan hər bir məhsulun keyfiyyəti aidiyyati qurumlar tərəfindən yoxlanılıb. Qeyd edək ki, 29-30 dekabr tarixlərində Əliabad həftə bazarındada kənd bayram öncəsi kənd təsərrüfatı məhsullarının yarmarkası təşkil ediləcək. Belə yarmarkaların təşkil edilməsində əsas məqsəd süni qiymət artımının qarşısını almaqla əhalini bayram öncəsi ucuz və keyfiyyətli məhsullarla təmin etməkdir.