Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinin media üçün təqdimatı keçirilib...

28 Dekabr 2018 16:37

Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzində media üçün təqdimat keçirilib. Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzində Kənd Təsərrüfatı Nazirliyi və onun tabeli qurumları bitkiçilik, heyvandarlıq və texniki nəzarət xidmətləri üzrə ümumilikdə, 68 növ xidmət göstərir. Dövlət Aqrar İnkişaf Mərkəzlərinin yaradılması ilə ölkədə aqrar islahatların yeni mərhələsi başlanıb və aqrar sektorda xidmətlərin göstərilməsində bir sıra üstünlüklər yaranıb. Yeni qurum “vahid pəncərə” prinsipinin tətbiqinə, şəffaflığın artırılmasına, fermerlərlə əlaqə mexanizminin təkmilləşməsinə müsbət təsir göstərib. Dövlət Aqrar İnkişaf Mərkəzlərinin nəzdində Fermer və Koordinasiya Şuraları da fəaliyyət göstərir. Bu Şuralar fermerlər və fermer assosiasiyalarının təmsilçilərindən təşkil olunur. Şuraların əsas vəzifələri yerlərdə problemləri öyrənmək, onların aradan qaldırılmasına kömək etmək, ictimai nəzarəti həyata keçirmək, subsidiyaların verilməsində şəffaflığı təmin etmək, aqrar sahənin inkişafı ilə bağlı təkliflər verməkdən ibarətdir. Təqdimat çərçivəsində media nümayəndələri Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzində yaradılmış şəraitlə tanış olublar. Onlara xidmət mexanizminin təşkili, göstərilən xidmətlər barədə geniş məlumat verilib.