Şimal-qərb bölgəsinin dağlıq və dağətəyi ərazilərinə qar yağıb...

28 Dekabr 2018 15:49

Dekabrın 27-si gecə saatlarından başlayaraq şimal-qərb bölgəsinin dağlıq və dağətəyi ərazilərinə qar yağıb. Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Qax, Zaqatala və Balakənin dağlıq əraziləri ağ örpəyə bürünüb. Havanın temperaturu aşağı düşüb. Qax rayonunun dağlıq ərazilərinə daha çox qar düşüb. Hazırda İlisu və Sarıbaş kəndlərində qarın qalınlığı 15-20 santimetr təşkil edir. Rayonun kəndlərinə nəqliyyatın fasiləsiz hərəkətinin təmin olunması üçün Avtomobil Yolları Dövlət Agentliyinin 13 nömrəli “Yol İstismar” MMC tərəfindən lazımi tədbirlər görülüb. Hazırda bölgənin dağlıq ərazilərinə qar yağmaqda davam edir. Qarın yağması dağlıq ərazilərdə yerləşən kəndlərə gediş-gəlişdə, elektrik enerjisi və təbii qazın verilməsində heç bir problem yaratmayıb.