Qəbələdə adı “Qırmızı Kitab"da olan maralı ovlayan şəxs saxlanıldı...

28 Dekabr 2018 14:14

Qəbələ rayonunda adı Azərbaycanın “Qırmızı Kitabı”ndakı maralı ovlayan şəxs saxlanılıb. Dekabrın 17-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının reydi zamanı Vəndam meşəbəyliyində atəş səsi eşidilib, daha sonra əraziyə baxış zamanı kəsilmiş maral başı, 2 ayaq və dəri aşkar edilərək götürülüb. Polisin apardığı araşdırmalar nəticəsində qanunsuz ov etməkdə şübhəli bilinən şəxsin Vəndam qəsəbə sakini Tehran Aydınlı olduğu məlum olub. Saxlanılan şəxsdən müvafiq sənədləri olan “TOZ-16” markalı ov tüfəngi götürülüb. Qəbələ Rayon Polis Şöbəsində araşdırma aparılır.