İkimərtəbəli ev külə döndü...

28 Dekabr 2018 13:59

Qax rayonunda fərdi yaşayış evi yanıb. Yanğın hadisəsi axşam saatlarında rayonun Baydarlı kəndində qeydə alınıb. Kənd sakini, 52 yaşlı Maarif Bayramova məxsus 5 otaq və 1 zaldan ibarət ümumi sahəsi 220 kvadratmetr olan 2 mərtəbəli ev anidən yanmağa başlayıb. Dərhal hadisə yerinə Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub. Yanğınsöndürənlərin səyinə baxmayaraq ev içərisindəki əşyalarla birlikdə yanaraq kül olub. Ətrafda olan köhnə tikili yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmasa da, ev sahibinə maddi ziyan dəyib. Yanğının baş vermə səbəbləri ilə bağlı Qax Dövlət Yanğından Mühafizə Hissəsində araşdırma aparılır.