Qobustanda ehtiyacı olanlara bayram sovqatı paylanılıb...

27 Dekabr 2018 17:12

Qobustanda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə və aztəminatlı ailələrə bayram sovqatı paylanılıb. Rayon icra hakimiyyətinin təşkil etdiyi xeyriyyə aksiyası səhər saatlarından start götürüb. Ət və müxtəlif ərzaq məhsulları könüllər tərəfindən 550 ailəyə təqdim edilib. Ümumilikdə 950 kq dan çox ət və müxtəlif ərzaq məhsulları bayram qabağı ehtiyac sahiblərinə paylanılıb. Bu ənənə artıq 8 ildir ki, rayonda davam etdirilir.