İsmayıllıda xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram şənliyi təşkil edilib...

27 Dekabr 2018 16:48

İsmayıllıda 31 dekabr Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il münasibəti ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram şənliyi təşkil edilib. Rayon İcra Hakimiyyəti və Uşaq və Ailələrə dəstək mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdən öncə iştirakçılar uşaqların əl işlərindən ibarət sərgiyə baxıblar. Məktəb və bağçada təhsil alan uşaqların da qatıldığı tədbir maraqla anlarla yadda qalıb. Milli rəqslər, muğam və aşıq ifaları, illüziya şousu və bir-birindən maraqlı çıxışlar tədbirə rəng qatıb. Yolkanın ətrafına toplaşan uşaqlar Şaxta baba, Qar qız və digər nağıl qəhrəmanları ilə birgə əyləniblər. Sonda uşaqlara bayram hədiyyələri təqdim edilib.