Zaqatala icra başçısı Çobankol kəndində sakinlərlə görüşdü...

27 Dekabr 2018 16:12

Zaqatala rayon İcra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə növbəti səyyar qəbul çərçivəsində rayonun Çobankol kəndində sakinlərin problemləri ilə maraqlanıb. Əvvəlcə sakinlərə ölkədə və rayonda aparılan abadlıq, quruculuq işlərindən, kənd təsərrüfatının bir çox sahələri, eləcədə rayon üçün spesifik sayılan fındıqçılıq, tütünçülük, gülçülük, baramaçılığın inkişafı sahəsində görülən işlərdən danışılıb. 2000 nəfərdən çox əhalisi olan Çobankol kəndində də sakinlərin əsas məşğulluğu maldarlıq, əkinçilik, tütünçülük və baramaçılıqdır. Kənddə son illər yol infrastrukturunun yaxşılaşdırılması, içməli su və elektrik enerjisi ilə təminat, eləcədə sel sularından mühafizə məqsədi ilə xeyli işlər görülüb. Məktəb binası inşa edilərək istifadəyə verilib. Ancaq kənd Tibb məntəqəsinin və uşaq bağçasının təmirə ehtiyacı olduğu, məhəllədaxili yolların təmiri,yeni salınan küçələrdə artezyan quyularının qazılması kimi məsələlər də diqqətə çatdırılıb. Sakinlərin fikir və təkliflərini dinləyən rayon rəhbəri aidiyyati qurumlara müvafiq tapşırıqlarını verib.