Şəki tennisçilərindən növbəti uğur...

27 Dekabr 2018 16:02

Şəki tennisçiləri Xaçmaz rayonunda keçirilən yeniyetmələrin Azərbaycan çempionatından uğurlu nəticələrlə qayıdıblar. Şəkinin qızlardan ibarət komandası bütün rəqiblərini üstələyərək 1-ci yerə layiq görülüb. Onlar bu nəticəni 4 il ardıcıl olaraq təkrarlamağı bacarıblar. Oğlanlardan ibarət komanda isə 3-cü yerlə kifayətlənib. Bundan əlavə, Şəki Uşaq Gənclər məktəbinin stolüstü tennis üzrə məşqçi müəllimi Firəngiz Vahabova Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “Azərbaycan Respublikasının Əməkdar Məşqçisi” adına layiq görülüb.