İsmayıllıda fermerlər və banklar üçün aqrar kredit yarmarkası keçirilib...

27 Dekabr 2018 15:47

İsmayıllıda Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə Maliyyə Bazarlarına Nəzarət Palatası fermerlər və banklar üçün aqrar kredit yarmarkası keçirilib. Bank nümayəndələrinə dövlət reyestrinin iş prinsipi barədə təlim verilib. Yarmarkada Aqrar Kredit və İnkişaf Agentliyinin regionda fəaliyyət göstərən müvəkkil kredit təşkilatları fermerləri aqrar kreditlərin götürülməsi şərtləri barədə məlumatlandırıblar. Bu tədbir aqrar kreditlərin verilməsi zamanı daşınar əmlakın girov qoyulması və daha əlçatan olması istiqamətində atılan addımların tərkib hissəsidir. Fermerlər yeni təsdiqlənən “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə” qaydası ilə tanış edilib. Bildirib ki, yeni qaydalar həm fermerlər, həm təchizatçılar, həm də banklar üçün bir sıra üstünlüklərə malikdir. Həmçinin kənd təsərrüfatı texnikası alınması məqsədi ilə 1 milyon manatadək kredit verilməsinə də imkan yaradır.