Şəkidə Tarix fənni üzrə açıq dərs keçirilib...

26 Dekabr 2018 16:09

21 nömrəli tam orta məktəbdə keçirilən dərsdə 20-yə yaxın məktəbdən tarixçilər iştirak edib. “Azərbaycanda yaranmış ilk müstəqil xanlıq – Şəki xanlığı” mövzusunda keçirilən açıq dərsdə 8-ci sinif şagirdləri xanlıq barədə daha ətraflı öyrənə biliblər. Dərsdə xanlığın yaranması, Hacı Çələbi xanın taleyi, Şəki xanlığının gerbi və bayrağı, pulu, milli tərkibi haqqda ətraflı məlumatlar verilir. Şagirdlər komandalara bölünərək Şəki xanlığı haqda suallara cavab veriblər. Şəki xanlığının tarixindən bəhs edən videoçarx da nümayiş etdirilib. Qeyd edək ki, Şəkidə son tarix fənni üzrə açıq dərslər davamlı xarakter alıb.