Qaxda avtomobil ağaca çırpılaraq yandı...

26 Dekabr 2018 16:00

Qax rayonunda yol qəzası baş verib. Hadisə bu gün Qorağan-Qax avtomobil yolunun 10-cu kilometrliyində, rayonun Əmircan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Qax rayounun Marsan kənd sakini, 61 yaşlı Şahid Əliyev idarə etdiyi “Mercedes” markalı, 34 BG 067 dövlət qeydiyyat nişanlı avtomobillə Qax istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və maşın yol kənarındakı qoz ağacına çırpılıb. Zərbənin gücündən avtomobil yanmağa başlayıb. Nəticədə tamamilə yanaraq yararsız vəziyyətə düşüb. 61 yaşlı sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona döş qəfəsinin küt travması diaqnozu qoyulub və müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Faktla bağlı araşdırma aparılır.