İsmayıllıda Humanitar və Texnologiya kollecində tədbir keçirildi...

26 Dekabr 2018 15:48

İsmayıllı Humanitar və Texnologiya kollecinin müəllim və tələbələri 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik gününü və yeni ili qeyd ediblər. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Dünya Azərbaycanlılarının Həmrəylik gününün yaranması tarixindən və onun əhəmiyyətindən, əlamətdar gün ilə bağlı Ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən danışıb. Bildirilib ki, Həmrəylik günü Azərbaycan xalqını bir ideya ətrafında birləşdirən, milli-mənəvi dəyərlərimizə hörmət hisslərini təcəssüm etdirən bir bayramdır. Qeyd olunub ki, məhz bu günün qeyd olunmasından başlayaraq Azərbaycançılıq ideyalarının formalaşmasının əsası qoyulub. Vurğulanıb ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində xaricdə yaşayan Azərbaycanlıların rolu böyükdür. Tədbirdə həmçinin kollecin fəaliyyəti, kadrların hazırlanması və təkmilləşdirilməsi prosesi barədə məlumat verilib. Rəsmi hissənin sonunda kollecdə təhsil aldıqları dövrdə yüksək göstəricilərə nail olan və ictimai fəallıqları ilə fərqlənən məzunlar makafatlandırılıb. Tədbir ədəbi-bədii kompozisiyalarla davam edib.