Heydər Əliyev Fondu İvanovka dini icmasına “QAZel” markalı avtobus hədiyyə edib...

25 Dekabr 2018 16:24

Heydər Əliyev Fondu İvanovka kəndinin dini icmasına son model “QAZel” markalı avtobus hədiyyə edib. Avtobusun açarları icma nümayəndələrinə təqdim olunub. Çıxış edənlər ölkəmizdə milli-mənəvi dəyərlərə hər zaman hörmət və qayğı ilə yanaşıldığı bildirilib. Azərbaycanda hökm sürən etnik və dini tolerantlıq mühitinin dünyaya nümunə olduğu, ölkəmizdə dini və irqi ayrı-seçkiliyin olmadığı, Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri, o cümlədən müxtəlif dinlərin təmsilçiləri arasında bir-birinə tolerant yanaşma olduğu xüsusi vurğulanıb. Avtobusun hədiyyə edilməsi kənd sakinlərinin sevincinə səbəb olub. Birinci xanım Mehriban Əliyevaya təşəkkür məktubu ünvanlanıb. Qeyd edək ki, 2009-cu ildə də Heydər Əliyev Fondu tərəfindən İvanovka kənd orta məktəbinə avtobus hədiyyə edilmişdi.