İsmayıllıda "İstedadlar sorağında" müsabiqəsinin final mərhələsi keçirilib...

25 Dekabr 2018 15:47

İsmayıllı Rayonunda "İstedadlar sorağında" müsabiqəsinin final mərhələsi keçirilib. Tədbirdən öncə İsmayıllı Rayon Mədəniyyət Mərkəzinin foyesində istedadlı gənclərin əl işləri və sərgilərinə baxış keçirilib. Çıxış edən Rayon icra hakimiyyətinin başçısı Mirdamət Sadıqov belə tədbirlərin keçirilməsinin milli dəyərlərimizin üzə çıxarılması və qorunub saxlanmasına imkan yaratdığını vurğulayıb. 3 ay müddətində keçirilən müsabiqədə beş rayondan 310 müraciət daxil olub. Bölgələrdə keçirilən müsabiqələrdə birinci, ikinci və üçüncü yerləri bölüşən 9 nəfər seçilib. Qaliblər fəxri fərmanla təltif etdiliblər. Birinci yerin sahiblərinə isə pul mükafatı təqdim edilib. Digər iştirakçılar həvəsləndirmə diplomu ilə təltif edilib. Rəsmi hissədən sonra tədbir konsert proqramı ilə davam edib. Regional idarənin əhatə etdiyi bölgələrin sənətkarları öz çıxışları ilə tədbirə rəng qatıblar.