Şəkidə avtomobil ekskovatorla toqquşdu...

25 Dekabr 2018 11:03

Şəkidə yol qəzası baş verib. Hadisə Sabit Rəhman küçəsində baş verib. Şəki şəhər sakini 38 yaşlı Teymur Burxanovun idarə etdiyi 55-BT-348 dövlət nömrə nişanlı VAZ 2106 markalı avtomobillə 10-P-283 dövlət nömrə nişanlı ekskovator toqquşub. Nəticədə VAZ 2106-nın sürücüsü Teymur Burxanov xəsarət alıb. O dərhal Şəki MRX-ya çatdırılıb. Teymur Burxanova qapalı kəllə beyin travması diaqnozu qoyulub. Xəstəyə ilkin yardım göstərildikdən sonrası ambulator müalicə üçün evə buraxılıb. Faktla bağlı araşdırma aparılır.