İsmayıllıda qəza: 25 yaşlı piyada vuruldu...

24 Dekabr 2018 14:42

İsmayıllıda ağır yol qəzası baş verib. Avtomobil 25 yaşlı piyadanı vurub. İsmayıllı rayon sakini Həsrətov Novruz Teymur oğlu 99-ME-142 dövlət nömrə nişanlı, "Vaz 014" markalı minik avtomobili ilə İsmayıllı rayonunun Heydə Əliyev pospekti istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Və yol kənarında hərəkətdə olan piyada, 25 yaşlı Osmanov Mətləb Vidadi oğlunu vurub. Ağır bədən xəsarətləri alan Osmanov Mətləb təcili olaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyəti ağır olaraq qiymətləndirilir. Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi araşdırma aparır.