İsmayıllıda qətl hadisəsi baş verib...

22 Dekabr 2018 17:03

İsmayllıda qadın meydi tapılıb. Rayonun Gərabəyli kənd sakini 65 yaşlı Əzizə Axundovanın meyidi yaşadığı evin həyatyanı sahəsində üzəri samanla örtülmüş vəziyyətdə qohumları tərəfindən tapılıb. Dərhal polisə məlumat verilib. İsmayıllı rayon polis şöbəsinin əməkdaşlarının apardığı əməliyyat axtarış tədbirləri zamanı evdən dəftər tapılıb. Həmin dəftərdə hadisənin səbəbləri və etiraf yer alıb. Hadisəni mərhumun yoldaşı 74 yaşlı Hacalı Axundov tərəfindən törədildiyi məlum olub. Onun tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır. Fakt İsmayilli Rayon Prokurorluğu tərəfindən araşdırılır.