Fermer və sahibkarlara şad xəbər!

22 Dekabr 2018 16:42

Əkinçiliklə məşğul olan fermer və sahibkarların artıq torpaq analizi üçün başqa yerə getməyə, əlavə xərc çəkməsinə ehtiyac olmayacaq. Prezident Yanında Elmin İnkişaf Fondu və AMEA- nın birgə layihəsi olan “Mobil aqrar tədqiqatlar labaratoriyası” bölgə fermerlərinin yanında olacaq, torpaqda müxtəlif analizlər apararaq lazımı məsləhətlərini verəcəkAzərbaycan Milli Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya institunun əməkdaşları ölkəmizdə ilk dəfə Şəki rayonunda xüsusi texniki avadanlıqlarla təmin edilən “Mobil aqrar tədqiqatlar labaratoriyası” vasitəsilə fermer və fərdi təsərrüfatlarda əkin sahələrinin analizlərini aparır. Bu mobil laboratoriyada torpağın həyatı üçün zərurli olan bütün makro və mikro elementləri təyin etmək mümkündür. Bundan əlavə, torpağın aqrokimyəvi, bioloji, su-fiziki, hava və istilik xassələrini də təyin etməyə imkan verir. Kənd Təsərrüfatı Nazirliyinin Şəki regional aqrar elm və innovasiya mərkəzində həyata keçirilən yeni layihə 13 fermer təsərrüfatını əhatə edəcək. Qeyd edək ki, labarator analizlər aparılarkən fermerlərdən heç bir vəsait tələb olunmur. Mobil aqrar tədqiqatlar laboratoriyasının ən üstün cəhətlərindən biri də odur ki, burada torpaq və bitkilərin tərkibində olan ağır metalları, zəhərli maddələri, aşkar etmək mümkündür. AMEA əmkdaşarı Şəki regional aqrar elm və innovasiyalar mərkəzinin təcrübə -sınaq sahələrində fermer və fərdi təsərrüfat sahiblərinə torpaq analizlərinin əhəmiyyəti və gələcək məhsuldarlığa faydası barədə ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, ilkin olaraq şimal-qərb bölgəsinin, növbəti mərhələdə isə respublikamızın bütün rayonlarında fəaliyyət göstərən fermerlərə pulsuz xidmət göstəriləcək, əlavə xərclərin çəkilməməsi, torpağa hansı mineralların lazıım olduğu müəyyən edilərək məlumat veriləcək.