Yalnız Zaqatalaya məxsus 5 kiloluq Muğanlı çörəyi...

22 Dekabr 2018 15:34

Yalnız Zaqatala rayonunun Muğanlı kəndində bişirilən bu çörəyin çəkisi ən azı 3 kq olur. Bəzən hətta 5 kq-a dək olan çörəklər kürədə bişirilir. Kürənin qurulması isə diqqət tələb edir. Xəmir ən azı iki saat üstü bağlanaraq acımaq üçün müayyən istilikdə saxlanılır. Kürə qızdıqdan sonra hazır kündələr kürənin içinə qoyulur. Çörəyin bişməsi iki saata qədər davam edir. Bu müddət ərzində çörək tam bişir, tərkibində nəm qalmır. Heç bir süni qatqısı olmayan bu çörəyi 10-15 gün saxlamaq olur. Muğanlı çörəyini bişirib satanlar da var. Rayonda məşhur olan Muğanlı çörəyinə təlabat da çoxdur. Bu çörəyin bir ədədini bir neçə gün istifadə etmək olur. Qiyməti isə çəkisindən asılı olaraq 3-4 manat arasında dəyişir.