AMAL Şamaxıda gənclərə təqdim edildi...

21 Dekabr 2018 15:40

Kənd Təsərrüfatı Nazirliyi kənd yerlərində yaşayan gəncləri Aqrar Məşğulluğun Artırılması Layihəsi ilə tanış etmək məqsədilə məlumatlandırma kampaniyasını davam etdirir. Ağsu, Qobustan, Şamaxı rayonlarının gənclərinə AMAL barədə informasiya vermək, layihəyə cəlb etmək üçün Şamaxı rayonunda görüş keçirilib. Görüşlərdə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəis müavini Namiq Məmmədov, AMAL-ın layihə koordinatoru Səbinə Mikayılova və Aqrar İnkişaf Könüllüləri ictimai hərəkatının rəhbəri Sarvan Cəbrayılzadə iştirak ediblər. Görüşə AMAL internet saytı üzərindən müraciət etmiş gənclərlə yanaşı, aqrar sahə üzrə təhsil almış, təsərrüfat yaratmağa marağı olan 18-35 yaşlı gənclər və bələdiyyələrin nümayəndələri də dəvət ediliblər . Gənclərə layihə barədə məlumat verməklə yanaşı, onların gözləntiləri, maraqlandıqları sahələr öyrənilib, kənd təsərrüfatı biznesinə başladıqda lazım olacaq biliklər barədə ilkin məlumat verilib.